“Sabah”ın 2 yetirməsi Zaqreb “Dinamo”sunun düşərgəsinə yollanıb. İki klub arasında bağlanmış əməkdaşlıq müqviləsi çərçivəsində Bakı klubunun U-17 və U-19 komandalarının üzvləri Həmzəalı Mikayılov və Xəyal Əliyev “Dinamo”nun Futbol Akademiyasında təcrübə keçəcək. Aşağı yaş qruplarından ibarət millimizin üzvü olan hər iki futbolçu Zaqreb təmsilçisinin müvafiq komandalarının heyətiondə məşqlərdə iştirak edəcək və oyunlara çıxacaq.